AZ

İtaliyada "DeepSeek"ə giriş bloklanıb 

İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatı Çinin süni intellekt proqramı "DeepSeek"ə girişi bloklayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, təşkilat tərəfindən verilən yazılı açıqlamada  İtalyan istifadəçilərinin məlumatlarını emal etməsinin qarşısını almaq üçün "Hangzhou DeepSeek Artificial Intelligence" və "Beijing DeepSeek Artificial Intelligence" şirkətlərinə aid DeepSeek chatbot xidmətinə təcili giriş qadağası qoyulduğu bildirilib.

"İtalyan istifadəçilərinin məlumatlarının qorunması üçün qəbul edilən qərar şirkətlərdən alınan informasiyaların tamamilə qeyri-adekvat olduğu aşkar edildikdən sonra bu gün qüvvəyə minib", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, girişin bloklanması ilə yanaşı, eyni vaxtda "DeepSeek" ilə bağlı araşdırma başlanıb.

Əli Hüseynov

Seçilən
6
4
bakivaxti.az

10Mənbələr