AZ

Amorim: “Lester Siti” ilə oyuna qalib ruhda köklənməliyik”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 29-cu turunun “Lester Siti” ilə oyunundan gözləntisini açıqlayıb.

Arena.az “The Independent” nəşrinə istinadən, portuqal mütəxəssisin müvafiq xüsusda fikrini təqdim edir:

“Bizə inanmaq gərəkdir ki, oyunları ardıcıl surətdə qazana bilərik.
Bizim, istirahət və oyuna hazırlıq üçün nə qədər vaxtımızın olması vacib deyil. Biz buna qadirik, biz bunu “Arsenal”la oyunda (1:1) göstərdik.

Bizə təvazökar olmaq lazımdır, yarış cədvəli haqda düşünməmək və “Lester Siti” ilə qarşıdakı oyuna “Real Sosyedad”la oyuna (4:1) olduğu kimi köklənmək gərəkdir. Biz sadəcə olaraq yarış cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq.

Ən əsası – qələbələrin və komandanın inkişafının bəxş etdikləri müvafiq duyğuları qoruyub-saxlamaqdır.

Son oyunlarda mən gördüm ki, biz, nə etmək istədiyimizi daha yaxşı başa düşməyə başlamışıq. Biz oyuna planı daha yaxşı anlamağa başlamışıq. İndi, qol buraxdıqda, biz ağlımızı itirmirik və növbəti qolu da “yemirik”. İndi biz müxtəlif məqamları və özümüzün oyuna yanaşmasını daha yaxşı başa düşünük”, deyə Amorim vurğulayıb.

“Lester Siti” – “Mançester Yunayted” oyunu bu gün, martın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

28 oyundan sonra “Mançester Yunayted” 34 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Lester” isə 17 xalla 19-cu pillədədir.

Seçilən
166
8
arena.az

10Mənbələr