Zaqatalada baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Avtosfer.az xəbər verir ki, Elçin Məmmədovun idarə etdiyi "Qaz-24" markalı avtomobil və 1961-ci il təvəllüdlü İsmayıl Əminovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, 1961-ci il təvəllüdlü İsmayılov Əminov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
**
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Qaz-24" və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.