Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4,8 milyonton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarıixrac edilib.
Trend DövlətGömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsulixracından əldə olunan gəlir 2,7 milyard ABŞ dolları olub.
Xam neft və neft məhsulları ixracı ötən ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 183 min ton və ya 4% çoxalıb, dəyərifadəsi ilə 154 milyon ABŞ dolları, yaxud da 5,4% azalıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 4,6 milyonton miqdarında, 2,8 milyard ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2%çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyarddolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%)çoxdur.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki,bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfəazdır.