AZ

Azərbaycandan iki ayda ixrac edilən neft bitumunun həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 2 min tonneft bitumu ixrac edilib.

Trend-inDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdardaməhsulun ixracından əldə olunan gəlir 519 min ABŞ dolları olub.

Ötən ilin eyni dövründə Azərbaycandan neft bitumu ixracedilməyib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanın ixrac etdiyi neftbitumunun miqdarı 1,1 min ton, dəyəri isə 220 min ABŞ dollarıtəşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2%çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyarddolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%)çoxdur.

Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki,bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfəazdır.

Məqalədə:
Seçilən
38
4
az.trend.az

6Mənbələr