AZ

Mart ayının bütün sosial ödənişləri yekunlaşdı

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz və Ramazan bayramlarıilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəlödənilməklə yekunlaşdırılıb.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərləpensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət,təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başaçatdırılıb.

Bundan əvvəl isə martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə dəAbşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlıdövlət sosial yardımlarının ödənişi qrafikdən əvvəlyekunlaşdırılıb.

Məqalədə:
Seçilən
22
44
az.trend.az

10Mənbələr