AZ

Çindən Azərbaycana gətirilən smartfonların qiyməti ucuzlaşıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Çindən 92 min 935 ədədsmartfon idxal edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu sayda smartfonların idxalınaçəkilən xərc 20,7 milyon ABŞ dolları olub.

Çindən smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 7 min 670 ədəd və ya 9% çoxalıb, dəyər ifadəsiilə 5,3 milyon ABŞ dolları, yaxud da 20,4% azalıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycana Çindən 26 milyon ABŞdolları dəyərində 85 min 265 ədəd smartfon gətirilib.

Bu ilin yanvarında idxal olunan smartfonun bir ədədi üçün ortaqiymət 222,6 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 82,4 ABŞdolları və ya 27% ucuzdur. Ötən ilin müvafiq dövründə bu qiymət 305ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞdolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. SmartfonlarÇindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.

Seçilən
43
5
az.trend.az

6Mənbələr