"Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.
"Qarabağ" azarkeşlərinə görə ziyana düşdü
İkinci Liqa: XVII tura yekun vurulacaq
"Qarabağ"ın futbolçuları milli komandalarda
Haiti yığması Mərdəkanda - FOTO
Millimiz Albaniya yığması ilə qarşılaşacaq