Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya 188,2milyon ABŞ dolları dəyərində 338,9 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 137,7 milyon ABŞ dolları və ya 3,7dəfə, həcm ifadəsində isə 259,7 min ton və ya 4,3 dəfə çoxdur.
Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandanümumilikdə 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyərbaxımından 153,2 milyon ABŞ dolları və ya 5,4%, həcm ifadəsində isə182,9 min ton və ya 4% çoxdur.
Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında AzərbaycanlaXorvatiya arasında ticarət əməliyyatlarının həcmi 189,2 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakıgöstərici ilə müqayisədə 137,7 milyon ABŞ dolları və ya 3,7 dəfəçoxdur.
Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,12%-i həcmində olub. Bununla daXorvatiya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələrsırasında 9-cu pillədə qərarlaşıb.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya188,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilineyni dövrü ilə müqayisədə 137,8 milyon ABŞ dolları və ya 3,7 dəfəçoxdur. Hesabat dövrü ərzində Xorvatiya ilə ixrac əməliyyatlarıAzərbaycanın ümumi ixracının 3,95%-ni təşkil edib.
Bu ilin yanvar-fevral aylarından Xorvatiyadan Azərbaycana 966min ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu daillik müqayisədə 29 min ABŞ dolları və ya 2,9% azalma deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.