AZ

Moskva “Rus Evi” ilə bağlı Bakıya təkliflər təqdim edib - Rusiya XİN

Rusiya Bakıda “Rus Evi”nin bağlanması ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün Azərbaycana təkliflər təqdim edib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

“Mövcud vəziyyətin həlli ilə bağlı təkliflərimiz tərəfdaşlarımıza çatdırılıb. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və hansısa kompromis həllin tezliklə əldə olunmasına ümid edirik”, - Zaxarova qeyd edib.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Rusiya Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə bildiriş göndərib. Fevralın 11-də isə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi Azərbaycan Xarici İşlər Nazirliyinin müraciəti əsasında fəaliyyətini dayandırıb.

Bizim.Media

Seçilən
20
15
bizim.media

10Mənbələr