Bakı. Trend:
İşğaldan azad edilən Xocalıda Novruz bayramı böyük sevinclə qeydedilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, şəhərin mərkəzində keçirilən mərasimdə çıxış edənlərXocalıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoşarzularını bildiriblər.
Bayram şənliyində tonqal qalanıb, Xocalılar tonqal ətraflndarəqs ediblər.Bayram şənliyi, Xocalı sakinlərində xoş ovqatyaradıb.Onlar uzun illərdən sonra baharın gəlişini öz doğma elində,evində keçirdiklərinə görə sevincli olduqlarını diləgətiriblər.