AZ

BMT-nin Baş Qərargahında Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi keçirilir - FOTO

Martın 24-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunan fotosərgi açılıb.

Daimi Nümayəndəliyindən verilən məlumata görə, sərgi Azərbaycandakı minatəmizləmə işlərinə dair təsirli vizual səyahət təqdim edir.

Eksponatlar arasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fədakar minatəmizləyicilərinin heyrətamiz görüntüləri, aşkar edilmiş və zərərsizləşdirilmiş partlayıcı maddələr və minalar, habelə minaların və müharibənin partlayıcı qalıqlarının törətdiyi dağıntıların və insan iztirablarının əyani sübutları var. Sərgidə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işlərinin ətraflı vizual təsviri təqdim olunur, həmçinin minatəmizləyicilərin qəhrəman işləri, minalarla çirklənmənin faciəvi nəticələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində aparılan davamlı səylər işıqlandırılır.

Sərginin məqsədi həm insanlara dəyən zərəri, həm də Azərbaycanın ərazisinin 13%-dən çoxunu əhatə edən minalarla çirklənmənin miqyasını nümayiş etməklə, bu sahədə məlumatlılığı artırmaq, beynəlxalq dəstəyi təşviq etmək və minaların və müharibənin partlayıcı qalıqlarının mövcudluğundan irəli gələn Azərbaycanın üzləşdiyi mürəkkəb problemlərlə bağlı daha geniş kütlənin anlayışını gücləndirməkdir. Təkcə 2020-ci ilin noyabr ayından bu yana 384 nəfər müharibənin bu təhlükəli qalıqlarının qurbanı olub – onlardan 70 nəfər həyatını itirib, 314 nəfər isə ağır yaralanıb. Ümumilikdə, 1991-ci ildən bəri minalardan zərər çəkən qurbanların sayı 3463 nəfərə çatıb.

Seçilən
5
8
aznews.az

9Mənbələr