BAKI,TurkicWorld
Türkiyənib Xarici işlər naziri Hakan Fidan bu gün Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , müzakirələrdə Suriya ilə bağlı yeni proses, YPG və CAATSA sanksiyalarının ləğvi, eləcə də Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün aparılan danışıqların gündəmdə olması gözlənilir. Fidanın Vaşinqtondakı təmasları sabah da davam edəcək.
Səfər çərçivəsində Türkiyə-ABŞ əlaqələrində atılacaq strateji addımlar müzakirə olunacaq. Bundan əlavə, Fitr bayramından sonra gözlənilən prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilməsi planlaşdırılan görüşə hazırlıqlar da nəzərdən keçiriləcək.
İki nazir arasında baş tutacaq görüşdə Suriya, Ukrayna və Fələstindəki son hadisələr də qiymətləndiriləcək. Türkiyənin Suriyanın ərazi bütövlüyü və sabitliyinə verdiyi dəstək vurğulanacaq.
Digər tərəfdən, Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç bu gün ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals ilə görüş keçirəcək. Görüşdə Ərdoğan-Tramp zirvəsinin detalları müzakirə olunacaq.