AZ

Hakan Fidan Vaşinqtona səfər edəcək

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 25-26 mart tarixlərində Birləşmiş Ştatlarda rəsmi səfərdə olacaq.

Fidanın ABŞ dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli ABŞ məmurları ilə görüşləri planlaşdırılıb.

Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Türkiyə diplomatiyasının rəhbəri ilk dəfə bu ölkəyə səfər edir.

Diplomatik mənbələrin məlumatına görə, görüşlər zamanı ANkara ilə Vaşinqton arasındakı ikitərəfli münasibətlərdə atılacaq strateji addımlar, həmçinin, dövlət başçıları səviyyəsində səfərlərə hazırlıq məsələləri müzakirə ediləcək.

Hürr Tərcüman

Seçilən
12
20
hurriyyet.az

10Mənbələr