Dağıstan Respublikasının paytaxtı Mahaçqalada çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, partlayışdan sonra hadisə yerində yanğın başlayıb.
Partlayış dalğası bir çox mənzillərin pəncərələrini uçurub. Evin yaxınlığında dayanmış bir neçə avtomobil də zədələnib.
Binanın sakinləri təxliyyə ediliblər. İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.
Bizim.Media