AZ

Mahaçqalada dalbadal iki partlayış baş verib-FOTO

Mahaçqalada evdə baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Bu barədə Respublika Kliniki Xəstəxanasından məlumat verilib.

Xəsarət alanlardan biri qadındır, vəziyyəti ağırdır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti əlavə edib ki, yanğın Qaptsaxskaya küçəsindəki mənzildə baş verib. Buna səbəb qazın partlaması olub. Artıq hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Partlayış baş verən mənzilə bitişik mənzillərdən 150 nəfər təxliyə edilib, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bu arada Mahaçqalada daha bir partlayış baş verib.

Bu dəfə Şamil küçəsindəki mağazada. İlkin məlumata görə, iki nəfər yaralanıb.

Seçilən
57
5
moderator.az

10Mənbələr