AZ

Riçard Almeyda yeni komandasında ilk qolunu vurdu

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda bu ildən formasını geyindiyi “Primavera”da ilk qolunu vurub.

Fanat.Az xəbər verir ki, 36 yaşlı oyinçu Braziliya Paulista A2 liqasında yarımfinalın “Taubate”yə qarşı ilk matçında start "11-lik"də yer alıb. 

Oyun Almeydanın komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Riçard bu görüşün 32-ci dəqiqəsində hesabı açıb.

Yarımfinalın cavab oyunu martın 29-da keçiriləcək.

Seçilən
23
4
fanat.az

5Mənbələr