AZ

Cəlilabadda minik avtomobilləri toqquşub: Ölən və xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "BMW" markalı minik avtomobili ilə VAZ-2101 markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində VAZ-2101 markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
115
33
oxu.az

10Mənbələr