Bakı. Trend:
Serbiyanın neft və qaz nazirinin köməkçisi vəzifəsini icra edənSaşa Kokoviç Azərbaycana səfər edəcək
Bu barədə Trend-ə diplomatik mənbə bildirib.
"O, aprelin 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi MəşvərətŞurasının iclasında iştirak edəcək", - mənbədən qeyd edilib.
Qeyd edək ki, bu il aprelin 4-də Bakıda Cənub Qaz DəhliziMəşvərət Şurasının 11-ci iclası keçiriləcək.
Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan təbii qazı Avropayanəql edir.
CQBK-ə üç əsas boru kəməri sistemi daxildir: Cənubi Qafqaz BoruKəməri (CQBK), Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və TransAdriatik Boru Kəməri (TAP). Dəhlizin ilkin ötürücülük qabiliyyətiildə 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrə qədərartırılması mümkündür.
X: @Lyaman_Zeyn