AZ

Bərdə sakini traktorla qoşqunun arasında CAN VERDİ

Bərdədə bədbəxt hadisə baş verib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Ləmbəran kəndinin ərazisində Bərdə şəhər sakini 1990-cı il təvəllüdlü Telman Elman oğlu Qədirli “Belarus” markalı traktoru təmir edərkən sürətlər qutusunu neytral vəziyyətə gətirmədən mühərriki işə saldığına görə tanışı, Laçın rayon sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Mamedov traktorla qoşqunun arasında qalıb.

Nəticədə xəstəxanaya yerləşdirilən X.Mamedov orada ölüb.

Seçilən
172
3
avtosfer.az

6Mənbələr