AZ

Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb

Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

Apasport.az xəbər verir ki, o, II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.

"Zirə"dən transfer bombası - Rəşad Sadıqov onu komandada istəyir

Gəncədə milli matç? - Azərbaycan - Fransa oyunu üçün namizəd stadionlar

"Neftçi"dən azarkeşlərə jest - "Sabah"la matçın biletləri satışda

Premyer Liqa: Son 7 mövsümdə ilk dəfə

Misli Premyer Liqasında 2025-ci ilin rekordu

Seçilən
44
24
apasport.az

10Mənbələr