AZ

FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb

Bakı. Trend:

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadınfutbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin BLiqasında keçiriləcək oyunları idarə edəcək.

Trend-inməlumatına görə, o, II qrup çərçivəsində aprelin 1-də Farer adaları– Moldova, aprelin 7-də isə Moldova – Kipr matçlarının baş hakimiolacaq. Həmçinin, aprelin 4-də Estoniya – Moldova oyununda dördüncühakim kimi fəaliyyət göstərəcək.

Digər azərbaycanlı hakim Gülnurə Əkbərzadə isə buqarşılaşmalarda köməkçi hakim qismində çıxış edəcək.

Qeyd edək ki, qrupun oyunları Moldovada keçiriləcək.

Seçilən
132
24
az.trend.az

10Mənbələr