AZ

Almaniyada məcburi hərbi xidmətin bərpası ilə bağlı müzakirələr intensivləşib

Bakı. Trend:

Almaniyada 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmətinbərpası ilə bağlı müzakirələr intensivləşib.

Trend xəbər verirki, Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya SilahlıQüvvələrində 100 mindən çox şəxsi heyət çatışmazlığı yaranıb.

Bu fonda Bundestaqın Silahlı Qüvvələr üzrə müvəkkili Eva Höqlproblemin həllinin vacibliyini vurğulayıb, Bundesverin başmüfəttişi general Karsten Breuer isə ölkənin müdafiə qabiliyyətininzəiflədiyini və fərqli həll yollarının nəzərdən keçirildiyinibildirib.

Siyasi mövqelər fərqlidir:

CDU/CSU partiyaları mərhələli şəkildə məcburi hərbi xidmətinbərpasını və həm kişilər, həm də qadınlar üçün birillik xidmətintətbiqini təklif edir.

SPD isə hərbi xidmətin könüllü əsasda aparılmasını dəstəkləyirvə yalnız ehtiyac olduğu qədər çağırışın həyata keçirilməsiniistəyir.

Yaşıllar Partiyası “Azadlıq xidməti” adlı altı aylıq məcburiictimai xidmət modelini irəli sürür.

AfD ikiillik məcburi hərbi xidmətin bərpasını müdafiə edir.

Sol Partiya isə hərbi xidmətin tamamilə könüllü əsasda həyatakeçirilməsini istəyir.

Aparılan sorğular göstərir ki, Almaniya vətəndaşlarının 58 faiziməcburi hərbi xidmətin bərpasını dəstəkləsə də, 18-29 yaşlıların 61faizi bu ideyanın əleyhinədir. Bu isə hökumətin yekun qərarverməsini daha da çətinləşdirir.

Seçilən
180
18
az.trend.az

10Mənbələr