AZ

İkinci Liqa: 19-cu turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 19-cu turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 19-cu tura bu gün start veriləcək. Turun qalan görüşləri sabah baş tutacaq. Oyunların hamısına saat 16:00-da start veriləcək.

İkinci Liqa
19-cu tur
1 aprel

“Hypers Quba” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki Siti” – “Shahdağ Qusar”
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəki şəhər stadionu.

“Lerik” – “Şəfa”
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Qusar”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

2 aprel

“Füzuli” – “Göygöl”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Araz Saatlı” – “Dinamo”
Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Şimal” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Siyəzən şəhər stadionu.

Seçilən
37
1
arena.az

3Mənbələr