AZ

AFFA nümayəndəsi Millətlər Liqasının oyununa təyinat alıb

Bakı, 2 aprel, AZƏRTAC

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan növbəti dəfə təyinat alıb.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Moldova-Slovakiya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 1-ci qrupunun IV turu çərçivəsində keçiriləcək görüş aprelin 8-də Kişineuda yerləşən “Zimbru” stadionunda təşkil olunacaq.

 

Seçilən
27
26
azertag.az

10Mənbələr