Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan RespublikasınınKosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 37 ölkəsinə 2,7milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləriixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayınaistinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədətəxminən 10% azdır.
Məlumata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyigəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
2025-ci ilin ilk iki ayı ərzində 37 ölkədən 90-a yaxın şirkətəpeyk telekommunikasiya xidmətləri ixrac olunub.
Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq,Lüksemburq, Nigeriya, Misir, Türkiyə və Pakistan böyük payasahibdir.