AZ

ABŞ-də tornado nəticəsində 7 nəfər ölüb

Səlahiyyətlilər leysan yağışları səbəbi ilə əhaliyə xəbərdarlıq edib.

ABŞ-də baş verən qasırğalar nəticəsində 7 nəfər həyatını itirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

İlkin məlumatlara görə, Tennessi, Missuri və İndiana ştatlarında bir çox binaya ziyan vuran tornadolar nəticəsində 7 nəfər həlak olub

Tornado nəticəsində bölgədəki bir çox ev elektriksiz qalıb, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsil dayanıb.

Səlahiyyətlilər həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışları səbəbi ilə əhaliyə xəbərdarlıq edib.

Seçilən
150
6
operativmedia.az

9Mənbələr