Dövlət Turizm Agentliyi 16-19 yanvar 2025-ci il tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək “Ferien Messe Wien” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılmasına 118 809 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, Agentlik "Büromax" MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Qeyd: Şirkətin qanuni təmsilçisi Oğuz Nurəddin oğlu Rəhimovdur.
Cabir Həsənov
Tarix: 29 Dekabr 2024, 09:35