“Kürd qardaşlarımızın nəcib hisslərindən istifadə edərək üzərində qurduqları zorakılıq imperiyası dağılmaq üzrədir”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Aymen əs-Safedi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
O, bildirib ki, Suriyada PKK/YPG məsələsinin aradan qaldırılmasının an məsələsi olduğuna inanırıq.
“Qərb dövlətlərinin bölgədə ambisiyaları fərqlidir. İŞİD-i bəhanə edərək PKK-nı gücləndirməklə başqa siyasətə xidmət etmək istəyirsinizsə, bunun da yolu yoxdur. Biz istənilən oyunu poza biləcək vəziyyətdəyik”, - deyə Fidan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az