Bu fikirləri Demokrat.az-a açıqlamasında “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili söyləyib.
T.Allahverdili diqqətə çatdırıb ki, ölkəmizdə bəzi şəxslər var ki, hər dəfəsində Rusiyanın etdiyi günahları ört-basdır etməyə çalışırlar:
“Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də açıq şəkildə hadisənin Rusiya tərəfindən törədildiyini, Rusiyanın üzr istəməli olduğunu bildirdi. Çox sevindirici haldır ki, Azərbaycan diplomatiyasının uğuru və Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi göstərdi ki, Rusiya prezidenti, təkəbbürlü, gözü qan bürümüş Putin Azərbaycan xalqından, Prezidentindən hadisə ilə bağlı üzr istədi. Ona rəğmən ölkədəki bəzi insanlar rusdan çox rus olmaq istəyirlər. Bir misal var, papadan çox katolik olmaq. Bu da ona bənzəyir. Açıqlamalar verirlər ki, burada Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq olmaz, bu, Rusiya-Azərbaycan əlaqələrinə zərbədir. Məgər, bu, Xocalı soyqırımını, 20 Yanvar hadisələrini törədən həmin rus deyilmi? Biz bundan başqa rusdan nə gözləməliyik ki? Ruslar üçün dost, müttəfiq anlayışı yoxdur. Bu gün də Prezident Rusiyanın törətdiyi qəza nəticəsində həlak olan ekipaj üzvlərinin ailələri ilə görüşəndə açıq konteksdə dedi ki, bu hadisəni törədən Rusiya tərəfidir”.
Sədr əlavə edib ki, buna rəğmən bəzi siyasətçilər öz bildiklərini deyirlər:
“Vətən müharibəsində ağzına su alıb oturan şəxslər, dövlətdən medal, evlər alanlar, dövlətin hesabına oliqarx olanlar susublar. Əsas səsləndiyim içimizdə oturub, bu mövzuya susanlaradır. Bu xalqın, millətin, Prezidentin arxasında durun. Prezident açıq aşkar bunu deyirsə, siz nədən çəkinirsiz? Vətəndaş cəmiyyəti olaraq Rusiyadan tələb edirik ki, bu törədilən qəzanın səbəbkarlarını cəzalandırsın. Təyyarə qəzasında vəfat edənləri mən şəhid hesab edirəm. Buna görə də şəhidlərimizin qanı yerdə qalmamalıdır. Qanun çərçivəsində ədalət yolu ilə haqqımızı tələb etməliyik”.
Leyla
Demokrat.az
10Sources
-
demokrat.az"Azərbaycan təyyarəsinin vurulması ilə bağlı Rusiyanın hoqqabazlığı öz başında çatlayacaq"— AÇIQLAMA ( 15095091)
-
turkustan.azƏrdoğanın Xocalıya gözlənilən səfəri - Rusiyanın təxribatçı həmlləri ( 15087945)
-
avtosfer.azAzərbaycan səfiri və Rusiya XİN müavini qəzanı müzakirə ediblər ( 15084267)
-
sitat.infoAzərbaycan səfiri Rusiya XİN müavini ilə müzakirələr aparıb ( 15082813)
-
ulusum.azAzərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər ( 15082403)
-
medianews.azAZAL-ın təyyarə qəzası Moskvada MÜZAKİRƏ OLUNDU ( 15080507)
-
sfera.azAzərbaycan səfiri Rusiya XİN müavini ilə müzakirələr apardı ( 15080449)
-
senzor.azAzərbaycan səfiri Rusiya XİN-ə çağırıldı ( 15079473)
-
publika.azQaluzin Azərbaycan səfiri ilə təyyarə qəzasını müzakirə etdi ( 15079209)
-
apa.azRəhman Mustafayev Rusiyanın XİN başçısının müavini ilə Aktaudakı təyyarə qəzzasını müzakirə edib ( 15079201)