EN

2024-cü ildə Türkiyənin 31 vilayətindən ixracın həcmi 1 milyard dolları keçib

Ankara, 6 yanvar, AZƏRTAC

2024-cü ildə Türkiyənin 81 vilayətindən 54-dən ixrac artıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 6-da Türkiyənin Ticarət Nazirliyi ötən ilin xarici ticarət göstəriciləri ilə bağlı statistik məlumatları paylaşıb.

Ticarət Nazirliyinin məlumatına görə, ötən il Türkiyənin 31 vilayətinin ixracı 1 milyard dollar həddini keçib.

“2024-cü ildə Türkiyədən mal ixracının ümumi həcmi 2,5 faiz artaraq 261,9 milyard dollara çatıb ki, bu da Cümhuriyyətin tarixində mütləq rekorda çevrilib.

İxracda (56 milyard 837 milyon dollar) İstanbul vilayətlər arasında lider olaraq qalır. Daha sonra Kocaeli (32 milyard 5 milyon dollar) və İzmir (23 milyard 817 milyon dollar) vilayətləri yer alıb”, - deyə nazirlikdə qeyd edilib.

2023-cü illə müqayisədə məhsul ixracında ən böyük artım - 2 milyard 188 milyon dollar Kocaeli vilayətində qeydə alınıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
42
50
azertag.az

10Sources