EN

ABŞ Talibanla məhbus mübadiləsini müzakirə edir

Birləşmiş Ştatlar Taliban ilə Əfqanıstanda saxlanılan amerikalıların ABŞ-da məhbusla dəyişdirilməsini müzakirə edir.

Oxu24.com  xəbər verir  ki, bu barədə The Wall Street Journal yazır.

Bildirilir ki, “Taliban” “Əl-Qaidə” ilə əməkdaşlıq etmiş məhbusu  əldə etmək istəyir.

"Bayden administrasiyası amerikalıların Usamə bin Ladenin ortağı olduğu güman edilən yüksək rütbəli məhbusla mübadilə etmək üçün danışıqlar aparır", - hesabatda deyilir.

Noyabrda Talibanın Siyasi Bürosunun rəhbəri Süheyl Şahin bildirmişdi ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra təşkilatın terror təşkilatları siyahısından çıxarılması gözlənilir.

2021-ci il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Taliban Kabilə girdi və ertəsi gün müharibənin bitdiyini elan etdi. Ayın sonunda amerikalılar Əfqanıstanı tərk etdi və Taliban bütün ölkəyə nəzarəti ələ keçirdiklərini bəyan etdi.

Daha əvvəl bildirilmişdi ki, Taliban Qərbin təzyiqlərini azaltmaq üçün Rusiyadan kömək gözləyir.

 

Nigar

 

Chosen
40
2
oxu24.com

4Sources