EN

Qubadakı sürüşmə zonası yenidən AKTİVLƏŞDİ - FOTO

Beş ay əvvəl torpaq sürüşməsi baş vermiş Qubanın Küpçalqışlaq kəndinin ərazisində baş verən torpaq sürüşməsi yenidən aktivləşib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həmin sürüşmə yerində  əmələ gələn çatlarda genişlənmə müşahidə olunur.

Quba FHK sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov faktı təsdiqləyib. 

Onun sözlərinə görə, elə o vaxtdan kəndə gələn yeganə yol bağlıdır:

“Samur-Abşeron kanalının kənarından kəndə müvəqqəti alternativ yol da vermişik”. 
Problemin həlli məqsədilə Quba icra hakimiyyəti yenidən müvafiq mərkəzi qurumlara müraciət edəcək.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Chosen
36
50
bizim.media

10Sources