EN

BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb

BMT katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Bu barədə AzNews.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, sənədlər dövlət başçısının 2024-cü il dekabrın 5-6-da Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciəti və tədbirin yekun sənədidir.

Vurğulanıb ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Eyni şəkildə konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından səmərəli addım olub. Bu sənədlərin yayılması sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir.

Chosen
7
49
aznews.az

8Sources