EN

Yəməndə yanacaqdoldurma məntəqəsində partlayışda 15 nəfər ölüb, 67 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Yəməndə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində 15 nəfər ölüb

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 67 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Əl-Cəzirə telekanalı Husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.

Əl Məşhədin məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd yanacaqdoldurma məntəqəsi partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib. Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.

***

04:41

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə rəsmiləri məlumat verib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Chosen
10
8
apa.az

10Sources