EN

Hakan Fidandan SON DƏQİQƏ Suriya AÇIQLAMASI - HAZIRIQ!

Türkiyənin XİN rəhbəri Hakan Fidan Ərəb Liqasına üzv olan Səudiyyə Ərəbistanı, Suriya, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin iştirak etdiyi Ər-Riyaddakı Suriya iclasına qatılıb.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakan Fidan iclasda Suriyanın yeni rəhbərliyinin xarici işlər naziri Əhməd əş-Şeybaninin də iştirak etməsini "tarixi və dönüş anı" olaraq xarakterizə edib.

O vurğulayıb ki, bölgə ölkələri olaraq Suriyadakı hadisələrin düzgün istiqamətə yönləndirilməsi böyük məsuliyyət tələb edir. Hakan Fidan qeyd edib ki, Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyi görülən bütün səylərin əsas prinsipləri olaraq qalmağa davam edir. O əlavə edib ki, Suriyadakı normallaşma prosesi hər keçən gün güclənir.

Hakan Fidan bildirib ki, səylərin daha təsirli olması üçün koordinasiya mexanizmi və ya komitələr yaradıla bilər. O, gələcəkdə sanksiyalardan daha çox azadlıq təmin etmək üçün prioritet sektorların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

"Yeni rəhbərliyin İŞİD-lə təsirli mübarizə aparmaq qabiliyyətini gücləndirmək üçün birlikdə çalışa bilərik. Türkiyə olaraq Suriya xalqının qarşısındakı çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq", - deyə Hakan Fidan bildirib.

Musavat.com

Chosen
11
50
musavat.com

10Sources