Slovakiya parlamentinin nümayəndə heyəti Moskvaya səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə parlamentin iki vitse-spikeri - Andrey Danko və Tibor Qaspar başçılıq edir.
Bildirilib parlamentarilər Moskvada Rusiya qazının Slovakiyaya nəqlinin davam etdirilməsi və Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərini müzakirə etməyi planlaşdırırlar.
Səfər yanvarın 15-dək davam edəcək.