EN

Zelenski Makronla Ukraynaya xarici hərbçilərin göndərilməsini müzakirə edib

Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron danışıqlar aparıb və onlar Ukraynaya hərbi kontingentlərin yerləşdirilməsi imkanlarını müzakirə ediblər.

“Biz Fransanın Ukraynada hərbi kontingent yerləşdirmək təşəbbüsünü müzakirə etdik”, – RİA Novosti Zelenskidən sitat gətirir.

O əlavə edib ki, danışıqlar zamanı bu ideyanın həyata keçirilməsi üçün əməli addımlara xüsusi diqqət yetirilib.

Əvvəllər Qərb sülh müqaviləsi imzalanacağı təqdirdə Ukrayna ərazisinə hərbi personal göndərmək barədə düşünürdü.

DOĞRU.AZ

Chosen
14
dogru.az

1Sources