Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçirlər.
İdmançılar məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.
Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandanın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.
Yunan-Roma və qadın güləşi üzrə millilər isə fevralın 5-dən 9-dək Xorvatiyada gerçəkləşəcək ilin ilk reytinq turnirinə qədər məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komanda “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.