EN

İlon Maska Ağ Ev kompleksində şəxsi ofis veriləcək

Ağ Ev kompleksində yerləşən ofis ABŞ-li milyarder İlon Maskın sərəncamına veriləcək.

Demokrat.az-ın xəbərinə görə, bu barədə "New York Times" nəşri öz mənbələrinə istinadən məlumat verib.

"Cənab Maskın istifadəsi üçün ayrılmış yer Ağ Evə bitişik olan Eyzenhauer inzibati binasında yerləşir", - deyə jurnalistlər bildiriblər.

Bundan əlavə, Mask məmurlardan ABŞ prezidentinin ofisinin yerləşdiyi Ağ Evin Qərb qanadına daxil olmaq üçün ona xüsusi vəsiqənin verilib-verilməyəcəyini də soruşub, lakin cavab ala bilməyib.

Sahibkarın şəxsi ofisi olacaq, çünki o, keçmiş prezidentliyə namizəd Vivek Ramasvami ilə birlikdə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Dövlət Səmərəliliyinin Əldə Edilməsi Departamentinə (DOGE) rəhbərlik edəcək.

Chosen
3
3
demokrat.az

4Sources