EN

"Şahdəniz" yatağında texniki nasazlığın aradan qaldırılması işləri davam edir - bp

"Şahdəniz" qaz yatağında yerləşən "Shah Deniz Alpha" platformasında texniki nasazlığın aradan qaldırılması üzrə işlər davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bp Azerbaijan şirkətindən məlumat verilib.

"Hazırda heç bir yenilənmə yoxdur - texniki nasazlığın aradan qaldırılması üzrə işlər hələ də davam edir", - deyə şirkətdən bildirilib.

 

Qeyd edək ki, "Shah Deniz Alpha" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat ixrac xəttində texniki nasazlıq müəyyən edilib.

"Əməliyyat səbəbi ilə SDA platformasından istehsal və ixrac müvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsiz şəkildə bağlanıb. Platformadakı bütün personal təhlükəsizlikdədir və ətraf mühitə heç bir təsir qeydə alınmayıb. Bütün dəniz obyektləri, o cümlədən SDA platforması və boru kəməri də təhlükəsiz vəziyyətdədir", - bp əvvəlki açıqlamasında qeyd edib.

bp-dən bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması və platformanın mümkün qədər tez normal fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.

Chosen
6
3
day.az

4Sources