1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin rəhbəri olduğu rejimin ixrac etdiyi "şokolad"ın videogörüntüləri yayılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı paylaşım edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Əsəd rejiminin "Kaptaqon" adlı narkotik həblərini şokoladın içinə bükərək başqa ölkələrə ixrac etdiyini göstərən kadrlar əks olunub.