Hesab edirik ki, Ukrayna Prezidenti Vladimir Zelenski danışıqlar masasına oturarsa, o, bunu güclü mövqedən etməlidir.
Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
"Ukraynaya gəlincə, baxın, biz demişik, bilmirəm neçə dəfə demişəm, əlbəttə ki, müharibənin bitməsini istəyirik. Amma bilirsiniz ki, biz nə etməyəcəyik? Biz Zelenski və ya Ukrayna xalqı ilə bağlı danışıqlara məcbur etmək niyyətində deyilik”, - deyə o bildirib.