EN

20 terroçu məhv edildi

Somalinin Putland əyalətində təhlükəsizlik qüvvələri ilə DEAŞ terror təşkilatı üzvləri arasında baş verən qarşıdurmada 20 terrorçu öldürülüb. Putland təhlükəsizlik qüvvələrinin sözçüsü general Mohamed Mohamud Əhməd ”Əl-Miskad” dağında təhlükəsizlik qüvvələri ilə DEAŞ terrorçuları arasında toqquşma baş verdiyini bildirib.

General Əhməd qarşıdurmada 2 əsgərin həyatını itirdiyini və 20 terrorçunun öldürüldüyünü açıqlayıb. DEAŞ terrorçularının pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edən Əhməd münaqişə bölgəsində 9 PUA-nın məhv edildiyini bildirib. O, həmçinin bölgədə nəzarətin bərpa olunduğunu vurğulayıb.

Chosen
2
2
busaat.az

3Sources