“Qarabağ”dan “Flamenqo”ya transfer olunacaq Olavio Juninyonun Braziliya klubunda debüt edə biləcəyi oyun bəlli olub.
İdman.biz xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu yeni komandasının ABŞ-da təşkil olunan təlim-məşq toplanışına qatılmayacaq.
Orlando şəhərindəki matçlarda iştirak edə bilməyəcək Juninyo “Flamenqo”nun vətənə qayıdışını gözləyəcək. Forvard Kariokada yeni mövsümün növbəti 3 turunu da buraxacaq. Onun “Madueyra”, “Nova İquaçu” və “Banqu” ilə görüşlərdə oynaya bilməyəcəyi gözlənilir.
Juninyonun debütü yanvarın 25-də reallaşa bilər. Həmin gün “Flamenqo” “Volta Redonda” ilə görüşəcək. Kariokanın 5-ci turunun matçı Mane Qarrinça stadionunda keçiriləcək.
Qeyd edək ki, Juninyo “Flamenqo” ilə 4 illik müqavilə imzalayacaq.
İdman.biz