EN

“Prime” şirkətini bu dəfə Vergi Nəzarəti cərimələdi

"PRIME ACCESSORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib. Buna səbəb MMC-nin filiallarından birində alıcıdan alınan pul vəsaitinə görə alıcıya çek, qəbz təqdim edilməməsi olub.

 

MMC-yə Operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

 

MMC məhkəməyə müraciət edib. Şirkət cabadeh olaraq Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsini cavabdeh olaraq göstərib. Şikayətə Bakı İnzibati Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, MMC daha əvvəl də vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyası ilə üzləşib.

 

Şirkətin qanunu təmsilçisi sahibkar və biznes təlimçisi kimi tanınan Azər Daşdəmirovdur.

 

Xatırladaq ki, şirkət daha əvvəl də gömrük qaydalarını pozduğuna görə cərimələnib.

 

Şirkətin ölkədə bir neçə filialı var. MMC qol saatları, gümüş, kəmər, çanta və bir çox aksesuar növlərinin satışını həyata keçirir./Musavat.com

Tarix: 15 Yanvar 2025, 16:26   
Chosen
2
1
pravda.az

10Sources