Bakı. Trend:
Bundan sonra Cəbrayılda şən və firavan yaşamaq istəyirik.
Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini Leyla Quliyeva deyib.
Onun sözlərinə görə, 35 yaşında məcburi şəkildə tərk etdiyiCəbrayıla indi sevinə-sevinə qayıdır.
"Biz uzun illər doğma yurdumuzun həsrətini çəkmişik. AllahPrezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizəcansağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30mindən çox insan yaşayır.