EN

Bayden xalqa vida müraciəti edib

Səlahiyyət müddətini yanvarın 20-də başa çatan ABŞ-ın 46-cı prezidenti Co Bayden Oval ofisdən xalqa vida müraciəti edib.

 

Modernaz-ın məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da (Bakı vaxtı ilə yanvarın 16-sı 05:00) başlayan müraciət zamanı Bayden, administrasiyasının nailiyyətləri barədə danışıb və onların gələcək illərdə davam edəcəyinə ümid etdiyini bildirib. O, xarici siyasət uğurları sırasında, NATO-nun güclənməsini, Ukraynanın hələ də azad olmasını, Çinlə rəqabətdə ABŞ-ın üstünlüyünü sadalayıb.

 

Co Bayden həmçinin müasir dünyanın üzləşdiyi təhdidlər barədə danışıb.

 

O çıxışının sonunda amerikalıların güvəndiyi ideyalara inandığını bildirib və ölkəsini sevdiyini qeyd edib.

Chosen
5
6
modern.az

8Sources