EN

Kubada sursat anbarında partlayışlar nəticəsində 13 hərbçi ölüb

Kubanın İnqilabçı Silahlı Qüvvələri Nazirliyi yanvarın 7-də adanın şərqindəki Olqin şəhərindəki sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

“İki sahil” xəbər verir ki, onlar daha əvvəl itkin düşmüş elan ediliblər.

Nazirliyin rəsmi “Granma” qəzetinin dərc etdiyi bəyanatında bildirilir ki, insidenti araşdırmaq üçün yaradılmış xüsusi komissiya digər ekspertlərlə birlikdə belə nəticəyə gəlib ki, olay yerinə daxil olmaq mümkün deyil və hadisə yerində sağ qalan olmayıb.

Chosen
7
8
ikisahil.az

10Sources