EN

Qətər: Qəzzada atəşkəs yanvarın 19-da başlayacaq

Qətərin xarici işlər naziri Əbdürrəhman Əl-Tani Həmas ilə İsrail arasında əldə olunan atəşkəslə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, qətərli nazir bəyan edib ki, atəşkəs İsrail tərəfindən təsdiqləndikdən sonra yanvarın 19-u bazar ertəsi qüvvəyə minəcək.

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani paytaxt Dohada keçirdiyi mətbuat konfransında Həmas ilə İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşması danışıqları haqqında məlumat verib.

Əl Tani bildirib ki, Qəzzada məhbus mübadiləsi, davamlı əmin-amanlığın bərpası və daimi atəşkəs haqqında razılaşma əldə olunub. O bəyan edib ki, Qəzzada atəşkəs razılaşmasının icrasına gələn bazar günü başlanılacaq.

Razılaşmanın ilk mərhələsinin 42 gün davam edəcəyini qeyd edən Əl Tani, HƏMAS-ın ilk mərhələdə bəzi fələstinli məhbusların azad edilməsi qarşılığında 33 israilli məhbusu azad edəcəyini bildirib.

Sözügedən razılaşma İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına başlatdığı və 467 gün davam edən və 156 mindən çox ölü və yaralı ilə nəticələnən hücumlardan sonra baş verib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
7
25
turkustan.az

10Sources